Messi özünə məxsus dünya rekordunu yeniləyib
Barselona" klubunun hücumçusu Lionel Messi İspaniya çempinatının 28-ci turunda "Rayo Valekano" ilə oyunda (3:1) dubl etməklə ona məxsus olan dünya rekordunu yeniləyib. Bununla da Messi çempionat oyunlarında ard-arda 18 matçda fərqlənə bilib.


Oyunda hesabı 25-ci dəqiqədə "Barselona"nın hücumçusu David Vilya açıb. 40 və 57-ci dəqiqələrdə Messinin vurduğu qollar "Barselona"nın üstünlüyünü bir qədər də artırıb. Görüşün 70-ci dəqiqəsində isə Raul Tamudo bu qollardan birinin əvəzini çıxıb.

"Rayo Valekano" ilə oyunda fərqlənən Messi 17 oyun olan rekordunu yeniləyib. Belə ki, İspaniya çempionatının son 18 oyununda 29 qol vurub. Vurduğu 42 qolla argentinalı oyunçu İspaniya birinciliyinin bombardirlər cədvəlinə başçılıq edir. İkinci yerdə isə 27 qolla Madridin "Real" klubunun hüçumçusu Ronaldo qərarlaşıb.

Xəbər 798 dəfə oxundu.