Yardımlıda şahmat üzrə rayon birinciliyi keçirilib
13-15 mart tarixlərdə Yardımlı rayon uşaq gənclər şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.

130 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında Heydər Əliyev irsinin təbliği, fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, sülhün təbliği, idmanın kütləviliyinə nail olmaq, idmanın şahmat növünün inkişaf etdirilməsi və yeniyetmə və gənclər arasında şahmat üzrə rayon birinciliyinin keçirilməsi olub.

Sonda oğlanlar arasında Toğrul Əkbərli, Zahir Zahirli, Vahid Babayev, Novruz Babayev; qızlar arasında Kəmalə Rzayeva, Fatimə Camalzadə, Aydan Rzazadə, Aidə İbişova, Məleykə Nəsirli ilk yerlərə layiq görülüblər.

Xəbər 2068 dəfə oxundu.