Qazaxda mini futbol üzrə rayon turniri keçirilib | |
11-15 mart tarixlərdə Qazax şəhər stadionunun yardımçı meydançasında 11-15 yaşlı məktəblilər arasında "Sevinc kuboku" uğrunda mini futbol üzrə rayon turniri keçirilib. Turnirdə 12 komanda iştirak edib. Final görüşündə birinciyə Xanlıqlar kənd orta məktəbin komandası, ikinciyə şəhər 4 saylı, üçüncü yerə şəhər əsas orta məktəbin komandası layiq görülüblər. Qalib və mükafatçılar rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif olunublar. |
|
Xəbər 904 dəfə oxundu. |
|
|