“Dutch Open”-də 4 dəfə Azərbaycan bayrağı dalğalandı
Niderlandın açıq çempionatında iştirak edən gənclərdən ibarət seçmə komandamız bu yarışı da zəfərlə başa vurub. İdman.com.az saytı xəbər verir ki, Eyndhovendə “Dutch Open” turnirinə qatılan taekvondoçularımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Seçmə komandanın baş məşqçisi Məmməd Abdullayev və heyətin böyük məşqçisi Zahid Məmmədovun çalışdırdığı heyətdən Ayxan Tağızadə (-63 kg) və Səid Quliyev (-73 kg) ötən ay İsveçdə, “Trelleborq Open” turnirində göstərdikləri nəticəni təkrarlayaraq çempion olublar. Samid Bagırlı (-48 kg) gümüş medala, Təranə Məmmədova (-46 kg) isə bürünc mükafata sahib olublar.

ATF-in vitse-prezidenti Nağı Səfərovun rəhbərliyi ilə yarışda iştirak edən idmançılarımız martın 19-da Bakıya dönəcəklər.

Xəbər 1139 dəfə oxundu.