Aquero ünvanı Madridə dəyişir
«Mançester Siti»nin forvardı Serxio Aquero Madrid «Real»ına keçidə yaxındır. İdman.com.az saytı xəbər verir ki, Mançester argentinalının xoşuna gəlmir. Çünki onun ailəsi Madriddə qalıb. Öz növbəsində «Real» qeyri-sabit oynayan İquain və Benzemadan narazıdır.

İspaniyanın «As» nəşrinin yazdığına görə, Aqueronun gedişi ingilis klubunun maaş yükünü xeyli yüngülləşdirmiş olacaq. Aquero əvvəl Madriddə «Altetiko»nun formasını geyinib. Lakin heç zaman «Real»da oynamaq istəklərini gizlətməyib.

Xəbər 1102 dəfə oxundu.