“Neftçi” və “Rəvan” yoldaşlıq oyunu keçirəcək
“Neftçi” Premyer Liqada yararan fasilə müddətində yoldaşlıq oyunu keçirmək üçün rəqib tapıb. Çempionatın lideri “Rəvan”la razılaşıb.

İki paytaxt klubu arasında qarşılaşma martın 23-də baş tutacaq. Oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Qeyd edək ki, Premyer Liqanın XXIII turunda “Xəzər Lənkəran”ı məğlub edən “Rəvan” futbolçularına bir neçə günlük istirahət verib. Komanda bazar günü bir araya gələcək və gündə 1 məşq edəcək.

Xəbər 1004 dəfə oxundu.