Masallı rayonunda böyük təntənə ilə tədbir keçirilib
Martın 5-də Masallı rayon Gənclər Mərkəzində “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir böyük təntənə ilə qeyd olunub.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbir iştirakçılarını salamlayaraq Ölkə Rəhbərinin idmana qayğısından söhbət açıb.

İdmançılarımız bir sıra Respublika və beynəlxalq əhəmiyyətli yarış və birinciliklərdə iştirak ediblər. Bunlardan, sambo və taekvondo üzrə Azərbaycan birinciliyi və taekvondo üzrə beynəlxalq çempionat rayonumuz üçün daha uğurlu nəticələrlə yadda qalıb.
Tədbirdə bir qrup fəal idmançı və məşqçi-müəllimlər Gənclər və İdma İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Xəbər 963 dəfə oxundu.