“Real” yayda heyətinə bir neçə ulduz futbolçu qatacaq
La Liqada çempionluq mübarizəsindən kənarda qalan “Real” yayda heyətinə bir neçə ulduz futbolçu qatacaq. “Kral Klubu” artıq bir transfer bombasını partlatmağa yaxındı.

Madrid klubuna yaxınlığı ilə tanınan “AS” qəzetinin iddiasına görə, “Mançester Siti”nin formasını geyinən Serxio Aquero “Real”a keçməyə hazırlaşır. Mançesterdə həyat yoldaşı və uşağından ayrı qalan argentinalı İspaniyaya qayıtmaq və Madriddə ailəsi ilə birlikdə yaşamaq istəyir.

Qeyd edək ki, Aquero dəfələrlə “Real” azarkeşi olduğunu və “Kral Klubu”nda forma geyinmək istədiyini açıqlayıb.

Xəbər 833 dəfə oxundu.