Zepp Blatter “Avropa-2020” oyunlarına qarşı çıxıb
FİFA-nın prezidenti Zepp Blatter “Avropa-2020” oyunlarının keçirilməsinə qarşı çıxıb. İdman.com.az saytı xəbər verir ki, Zepp Blatter UEFA-nın başçısı Mişel Platininin “Avropa-2020” oyunlarının 13 ölkədə keçirilməsi ideyasını tənqid edib.

FİFA-nın prezidentinin sözlərinə görə: “Avropa çempionatı bir-iki ölkədə keçirilməlidi. “Avropa-2020” çempionatı Platininin təklif etdiyi kimi, əgər turnir 13 ölkədə keçirilərsə o mahiyyətini itirəcək. Əsas məqsəd isə bütün ölkə bir neçə həftə bir turnirlə yaşasın”

Aynurə

Xəbər 1085 dəfə oxundu.