Fatih Terim: “ rəqibimiz “Yuventus” da olsa pis olmaz”
Çempionlar Liqasının “Malaqa” –“Portu” matçı öncəsi açıqlama verən “Qalatasaray”ın baş məşqçisi Fatih Terim 1/4 final mərhələsində qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb. O, İtaliyanın “Yuventus” klubu ilə görüşmək istədiklərini deyib.

Baş məşqçi həmçinin açıqlamasında bildirib: “Biz “Portu”komandası ilə də qarşılaşmağı çox istəyirik. Ancaq rəqibimiz “Yuventus” da olsa pis olmaz”.
Aynurə

Xəbər 1076 dəfə oxundu.