Daşkəsəndə “Coca-Cola Məktəbli Kuboku”
27- 12 mart tarixlərdə Daşkəsən rayon S.Vurğun adına 4 saylı tam orta məktəbin idman zalında ümumtəhsil məktəblərinin 5-7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku”u üzrə rayon birinciliyi keçirilib.

105 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədiuşaqlar arasında futbolun təbliği və kütləviliyi, uşaq futbolçuların ustalığının yüksəldilməsi, uşaqların idmana marağının artırılması və pis vərdişlərdən uzaqlaşdırlması olub.

5-ci sinif şagirdlər arasında S.Vurğun adına 4 saylı birinciyə, A.Mürsəlov adına tam orta məktəbin komandası ikinci yerə layiq görülüblər.

7-ci sinif şagirdlər arasında S.Vurğun adına 4 saylı birinciyə, A.Mürsəlov adına tam orta məktəbin komandası isə ikinci yerə layiq görülüblər.

Qalib komandalar AFFA tərəfindən mükafatlandırılıblar.

Xəbər 1061 dəfə oxundu.