Semih Qayaya Avropa nəhənglərindən maraq
«Qalatasaray»ın gənc müdafiəçisi Semih Qaya üçün Avropa nəhəngləri əl-ayağa düşməyə başladılar. İdman.com.az saytı xəbər verir ki, yaz aylarında sarı-qırmızılı klubun qapısında xarici qonaqların olduqca sıx görüləcəyi gözlənilir.

Göyxan Zan və Sərvət Çətinin formasızlığı səbəbiylə baş məşqçi Fateh Terminin Tomas Uyfaluşnin yanında yer verdiyi və çempionluğun qazanılmasında əhəmiyyətli paylardan birinə sahib olan futbolçu, gündən-günə yüksələn ustalığıyla Avropa nəhənglərinin də diqqətini çəkir. «Qalatasaray»ın Çempionlar Liqasında özünü göstərməsiylə birlikdə müdafəçi qitə nəhənglərinin müşahidəçilərinə adını əzbərlətməyə başlayıb.

«Qalatasaray»a 15 yaşında «Altay»dan transfer olan və «Qaziantəpspor»la «Qartalspor»da icarəlik olaraq forma geymiş Semih Qaya barədə Fateh Terim gələnə qədər «yenə ziyan olmuş böyük bir istedad» deyirdilər. Terimin gəlişiylə birlikdə həm forma tapan, həm də Uyfaluşinin meydandakı dəstəyi ilə hər gün ustalığını daha da artıran futbolçu indi sıravi bir müdafiəçiyə bənzəmir. Onun ən böyük silahları aqressivliyi və matç boyu sürən dayanıqlılığıdı. Semihin tək problemi hava toplarıdı. Ancaq futbolçu müdafiədə boşluqları doldurmağı, ötürmə kanallarının qarşısını kəsməsi ilə seçilir.

Semih Qayanın izində olan klublar sırasında «İnter», «Borussiya» Dortmund, «Bayer-04», «Arsenal» kimiləri göstərilir. İspan mediasında çıxan iddialara görə, «Qaya kimi stopper» üçün italyan klubu «İnter»in daha əvvəl dəfələrlə nəbz yoxlayıb, nəhəng klub mövsüm sonunda daha güclü və qərarlı bir şəkildə Semihin transferini bitirmək istəyəcək.

Xəbər 1081 dəfə oxundu.