“Xəzər Lənkəran” 10 illiyində çempionluğu hədəfləyir
“Artıq komandamızın yeni baş məşqçisi məlumdur. Uelsli Con Benjamin Toşakla rəsmi müqavilə yaxın günlərdə imzalanacaq”. İdman.com.az saytı xəbər verir ki, bu sözü “Xəzər Lənkəran”ın mətbuat katibi Yalçın Əliyev deyib. O, Peşəkar Futbol Liqasının saytına klubun gələcək planları haqqında məlumat verib:

“Con Benjamin Toşakın “Xəzər Lənkəran”a gəlməsi klub üçün yeni mərhələnin başlanğıcıdır. Toşakın zəngin məşqçilik karyerası var. “Real” (Madrid), “Deportivo”, “Beşikdaş” kimi klublarda və Uels milli komandasında çalışıb, bir çox titullara sahib olub.

Buna qədər isə Makedoniya yığmasında baş məşqçi olub. Benjamin Toşakın növbəti mövsüm üçün komandamıza gətirəcəyi yeni oyunçuların adları hələlik məlum deyil.

Gələn mövsüm üçün çempionluğu hədəfləmişik, çünki, “Xəzər Lənkəran” klubunun 10 illiyidir. Topaz Premyer Liqasında yaranmış fasilədə heç bir yoxlama oyunu keçirməyi nəzərdə tutmamışıq. Növbəti turun oyununa hazırlıq adi qaydada davam edir”.

Xəbər 883 dəfə oxundu.