Əfqan Həmzəyev böyük futboldan hakim kimi vidalaşıb
Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev artıq böyük futboldan hakim kimi vidalaşıb. FİFA referisi bundan sonra hakim-inspektor kimi oyunlara təyinat alacaq. Bunun FİFA referisi saytımıza açıqlamasında da təsdiqləyib:

"Bəli, bundan sonra oyunlara hakim-inspektor kimi təyinat alacağam. Bu ancaq böyük futbolda olacaq. Çimərlik futbolunda isə yenə əvvəlki kimi hakimlik edəcəm. Artıq ilk təyinatımı da almışam. Həvəskarlar liqasında "Mehdiabad Bəldiyyəsi" və "Gənclik" komandaları arasında keçirilən oyunda hakim-inspektor olacağam".

Xəbər 1192 dəfə oxundu.