Elnur Allahverdiyev milliyə çağrıldı
Martın 13-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu dəvət olunub.

"Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyev millinin hazırlıq prosesində iştirak edəcək. Belə ki, baş məşqçi Berti Foqts təcrübəli müdafiəçini də yığmaya çağırıb.

Qeyd edək ki. Foqtsun açıqladığı ilkin 25 nəfərlik siyahıda bunadək də dəyişikliklər olub. Aqil Nəbiyev heyətdən çıxarılıbsa İlkin Qırtımov sonradan dəvət almışdı.

Xəbər 3305 dəfə oxundu.