Şərqin futbol liqası yaradılacaq
Qətər Əmirliyi Şərqin futbol liqasını yaratmaq üçün işlər görür. İdman.com.az saytı İngiltərənin mətbuatına istinadən xəbər verir ki, yeni liqanın "Dream Football League" adlandırılacağı ehtimal olunur. Bu liqaya dünyanın ən yaxşı 24 komandası dəvət olunacaq. Hər kluba 200 milyon avro pul veriləcək. 14 komandanın isə liqada daima qalacağı gözlənilir. Digər qalan 8 komanda isə təsnifat mərhələsi ilə seçiləcək.

Qeyd edək ki, İngiltərənin turnirə dəvət edilməsi düşünülən 4 komandalar: "Mançester Yunayted", "Tottenhem", "Arsenal", "Mançester Siti", "Liverpul" və "Çelsi" kim komandalar arasından seçiləcək.

Aynurə Pənahqızı

Xəbər 997 dəfə oxundu.