Milli komandamızın üzvü Elhad Nəziri sağalıb.
Milli komandamızın üzvü Elhad Nəziri sağalıb. Qrip virusuna yoluxan futbolçumuzun səhhəti artıq qaydasındadır.

Soyuqladığı üçün ötən tur baş tutan “Rapid”lə oyunun hazırlıqlarından kənar qalan Nəziri artıq “Petrolul”da məşqlərə qoşulub. O, martın 16-da “İlye Oane” stadionunda keçiriləcək daha bir Buxarest təmsilçisi olan “Dinamo” ilə görüşdə “18-liy”ə düşə bilər.


Qeyd edək ki, Elhad Nəziri məhz bu oyunun ertəsi günü ölkəmizdə olacaq. Gənc futbolçu milli komandanın paytaxtımızda keçirilən Lüksemburqla oyununun hazırlıqlarına qatılacaq.

Xəbər 810 dəfə oxundu.