Komandam üçün oyun çox çətin idi
“Bavariya”nın baş məşqçisi Yupp Haynkes qarşılaşmadan sonra ictimaiyyətlə fikirlərini bölüşüb. O, komandası üçün oyunun çətin olduğunu bildirib:

“Bu günkü oyunumuz bizi çox məyus etdi, əsasəndə erkən buraxdığımız qol. Bu gözlənilməz bir səhv idi. Mən və komandam bunun üçün həqiqətəndə çox təəssüfləndi. Həmin an nə olduğunu və nə baş verdiyini deyə bilmərəm. Əslində bugünki oyun komandamız üçün də çətin bir oyun oldu və sonda komandamız 2:0 hesabı ilə uduzdu. Yalnız ilk matçı qazandığımız üçün növbəti mərhələyə keçə bildik və yalnız buradakı qalibiyyət bizi irəliyə apardı”.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matç günündə “Alyans Arena”da “Arsenal”a “Bavariya” 2:0 hesabı ilə uduzub.

Aynurə Pənahqızı

Xəbər 846 dəfə oxundu.