Kaxaber Tsxadadze “Qəbələ” ilə bağlı fikirlərini bildirib
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze “Qəbələ” ilə bağlı fikirlərini bildirib.Gürcü mütəxəssis “İlk “altılıq”da oyunlar çətin və gərgin keçir. Bugünkü oyunda qələbə qazandığımız üçün komandama təşəkkür edirəm. Külək birinci hissədə bizim, ikinci hissədə isə “Qəbələ”nin oyununa təsir etdi. “Qəbələ”yə qapımız qarşısına yaxınlaşmağa demək olar imkan vermədik. Vurduğumuz qollar kombinasiyalı oyunun nəticəsi idi. Baçana Txadadze, Yuri Fomenko hələ ilk hissədə əllərinə düşən imkanlardan maksimum yararlansaydı, fasiləyə daha böyük hesabla yollana bilərdik. Rəqib ikinci hissədə uzun ötürmələr hesabına cərimə meydanımızda gərginlik yaratmağa çalışırdı. Təbii ki, bu zaman mübarizə olurdu. Ancaq müdafiədə yaxşı oynayaraq, üstünlüyümüzü sona kimi qoruya bildik”.

Xəbər 1457 dəfə oxundu.