“Neftçi” rəqib axtarışına başladı
Premyer Liqanın XXIII turunda “Bakı” ilə heç-heçə edən “Neftçi” istirahətə buraxılıb. Milli oyunlara görə çempionatda yaranan fasilədən yararlanan paytaxt klubu 4 gün istirahət edəcək.

Martın 17-də biraraya gələcək “Neftçi” məşqlərə başlayacaq. XXIV turda “İnter”lə qarşılaşacaq Böyükağa Hacıyevin yetirmələri fasilə müddətində bir yoxlama oyunu keçirəcək. Rəqibin kimliyi hələ bəlli deyil

Xəbər 838 dəfə oxundu.