Messi: “Milandakı məğlubiyyətin qisasını almaq üçün çıxmışdıq”
“Belə bir oyuna ehtiyacımız var idi. Bu matça sadəcə mərhələni keçmək yox, həm də Milandakı məğlubiyyətin qisasını almaq üçün çıxmışdıq”.

Bu sözləri “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Milan”la cavab qarşılaşmasından (4:0) sonra deyib.

“Hər şey planladışdırdığımız kimi oldu. Erkən qol vurduqdan sonra üstünlüyü ələ aldıq” – deyən Messi bununla hamıya əsl güclərini göstərdiklərini bildirib: "Bu matç özümüzə gəlmək üçün çox önəmli idi. Lazım olanda nələr edə biləcəyimizi bir daha göstərdik. Tərəfdarlarımız bu oyunumuzu hər matçda görmək istəyir. Biz də illlərdir belə oynayırıq”.


Xəbər 796 dəfə oxundu.