“Qəbələ” 9 nəfərlə “Sevostopol”u uddu
“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası Moldovanın Tiraspol şəhərində təşkil olunan beynəlxalq turnirdə ilk oyununu keçirib. Ukrayna “Sevostopol”u ilə qarşılaşan təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib.

“Qəbələ”yə qələbə gətirən qollara ilk yarıda Kənan Rəfiyev və Elvin Dəmirov imza atıb. Gərgin keçən matçın 2-ci yarısında təmsilçimizin heyətində iki futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq, “qırmızı-qaralar” dramatik qarçılaşmada sonadək qələbə hesabını qoruya biliblər.

“Qəbələ” turnirdə ikinci oyununu bu gün keçirəcək və “Şerif-99″ kollektivi ilə qarşılaşacaq.

Xəbər 1105 dəfə oxundu.