Aysaldan möhtəşəm sürpriz
“Qalatasaray” klubunun prezidenti Ünal Aysal dünənki “Şalke” üzərindən möhtəşəm qələbə münasibəti ilə futbolçularına 2 milyon avro verəcək. Bu məbləğ oyunçulara prezident tərəfindən qonarar kimi verilir.

“Cim Bom” isə UEFA-dan növbəti tura çıxdığına görə, ümumilikdə 4.9 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, prezident Ünal Aysal oyundan əvvəl futbolçularla görüşən zaman onlara bildirib ki, “əgər turu keçsəz, sizə böyük sürprizim olacaq”.

Aynurə Pənahqızı

Xəbər 844 dəfə oxundu.