Yaş həddi müəyyənləşib
Martın 22-də Lüksemburqda, martın 26-sında isə Portuqaliya ilə qarşılaşacaq milli komandamızda orta yaş həddi artıq müəyyənləşib. 25 futbolçu ilə start verəcək Azərbaycan millisinin hazırkı orta yaşı 24-dür.

Qeyd edək ki, hazırda yığmamızın ən gəncinin 20 yaşı, ən təcrübəlisinin isə 30 yaşı var. Ən gəncinin adı Elhad Nəzirli, ən təcrübəlisinin adı isə Rəşad Sadıqovdur.

Aynurə Pənahqızı

Xəbər 848 dəfə oxundu.