Prezident və Baş nazir “Qalatasaray”ı təbrik etdi
Prezident Abdulla Gül “Qalatasaray”ın UEFA Çempionlar Liqasında dörddə-bir finala yüksəlməsi münasibətilə klub prezidenti Ünal Aysala təbrik teleqramı göndərib. Prezident teleqramda baş məşqçi Fateh Terimi, idmançıları və “Qalatasaray” cameəsini təbrik edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan da Almaniya komandasını məğlub edərək tarixi nəticə qazanan “Qalatasaray”ı təbrik edib.

Baş nazir “Qalatasaray”ın baş məşqçisi Fateh Terimə zəng edərək təbriklərini çatdırıb.

Xəbər 785 dəfə oxundu.