Kəpəz" məşqlərini tamamladı
Bu gün Premyer Liqanın XXIII turu çərçivəsində AZAL-ı qəbul edəcək "Kəpəz" dünən oyunun keçiriləcəyi "Dalğa Arena"da matç öncəsi son məşqinə çıxıb.

Hazırlıq prosesi saat 12:00-da başlayıb və 45 dəqiqə sürüb. Yükləmələrdən azad olan futbolçular əsasən toplu çalışmalar üzərində işləyiblər.

Komanda üzvləri məşqin sonunda qapıya doğru zərbələr endiriblər.

Xəbər 921 dəfə oxundu.