“Real” La Liqanın turnir cədvəlində ikinci pillədə
“Selta”nı 2:1 hesabı ilə yenib “Atletiko”nun xal itkisindən yararlanan “Real” La Liqanın turnir cədvəlində ikinci pilləyə yüksəldi. “Kral Klubu” 500 gündən sonra ilk dəfə ikinci pillədə yer alıb.

Belə ki, “Real” sonuncu dəfə 1 il 4 ay 12 gün əvvəl – 2011-ci ilin 26 oktyabrında ikinci yerdə qərarlaşmışdı. Cari mövsümdə evdə ilk dəfə “Real Sosyedad”la oyunda xal itirən “Atletiko” isə təxminən 6 aydan sonra ikinciliyi əldən verib.

Xəbər 864 dəfə oxundu.