Salyan rayonunda stolüstü tennis üzrə turnir
11-12 mart tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhid Həbib Qurbanovun xatirəsinə həsr olunmuş rayonun ümumtəhsil məktəbləri arasında stolüstü tennis üzrə turnir keçirilib. Turnirin keçirilməsində məqsəd şəhidlərin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək olub.

Turnirin açılışı martın 11-də saat 1000da UGİM-in idman zalında keçirilib. Şəhər məktəblərinin qatıldığı turnirdə hər komandada 4 oğlan və 4 qız olmaqla 8 nəfər iştirak edib. 8 şəhər məktəbinin qatıldığı turnirdə ümumilikdə 70 nəfər iştirak edib.

Oyunlara start verildikdən sonra, oğlanlar arasında birinciyə 2, ikinciyə 1, üçüncü yerə 6 saylı məktəbin komandası layiq görülüblər.
Qızlar arasında birinciyə 1, ikinciyə 7, üçüncü yerə yerə 2 saylı məktəbin komandası layiq görülüblər.

Sonda qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla mükafatklandırılıblar.


Xəbər 1153 dəfə oxundu.