Şəkidə idmançılarla görüşlər keçirilib
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş “5 mart – Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar Şəkidə müxtəlif idman yarışları, tanınmış idmançılarla görüşlər və bayram tədbirləri keçirilib.

5 mart 2013-ci il tarixdə isə “İdeal” şadlıq sarayında bədən tərbiyəsi və idman ictimaiyyətinin nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə Şəki şəhər Gənclər və İdman İdarəsinin kollektivi, bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər, KİV-lərinin nümayəndələri və s. iştirak ediblər.

Sonda fərqlənən 24 nəfər bədən tərbiyəsi və idman müəllimləri, məşqçilər Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.

Xəbər 867 dəfə oxundu.