Balakəndə məktəblərin II Spartakiadası
2-10 mart tarixlərdə Balakən olmpiya idman kompleksi, gənclər evi, şahmat məktəbində 5 mart “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş məktəblərin II Spartakiadası keçirilib.

400 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 mart bədən tərbiyəsi və idman gününü qeyd etmək, ən güclü idmançıları və komandaları müəyyən etmək, məktəblər arasında dostluq münasibətlərini genişləndirmək olub.

Kikboksinq üzrə 6 çəki dərəcəsində 46 nəfər, şahmat 60 nəfər 8-12 yaş, stolüstü tennis 15 nəfər), minifutbol 12 komanda, voleybol 18 komanda iştirak ediblər.

Sonda qalib gələn idmançılar Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunublar.

Xəbər 845 dəfə oxundu.