“German Open”dən 5 medal
Azərbaycan taekvondoçularının uğurları davam edir. İdman.com.az saytı xəbər verir ki, Hamburqda “German Open” beynəlxalq turnirində iştirak edən idmançılarımız 5 medal qazanıblar. Ramin Əzizov (80 kq) qızıl , Xəyalə Quliyeva (46 kq) gümüş, Samir Aydınov (54 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) bürünc medala sahib olublar.

Xəbər 1022 dəfə oxundu.