“Qalatasaray” Didye Droqbaya sürpriz edib
“Şalke” matçı üçün Almaniyaya gedən “Qalatasaray” yeni transferi Didye Droqbaya sürpriz edib. Dünən “sarı-qırmızılı” camiə fildişili futbolçunun 35 yaşını qeyd edib.

Partidən sonra çıxış edən Droqba ən böyük hədiyyəsini matçda alacağını bildirib: “Ad günümü sizinlə birgə keçirdiyim üçün xoşbəxtəm. Ailəm indi yanımda yoxdu, amma siz onların yerini hiss etdirmirsiz. Ümid edriəm ki, ən böyük hədiyyəni sabah alacam”.

Xəbər 832 dəfə oxundu.