Foqts yığmaya 10 məşq keçəcək
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının martın 13-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışı başlayacaq. Yığma oyunlardan öncə 10 məşqə çıxacaq.

Martın 13-də və 16-da futbolçulara bir dəfə hazırlıq keçəcək Berti Foqts 14, 15, 18 və 19 mart tarixlərində komandanı iki dəfə məşq etdirəcək. Martın 17-də istirahət edəcək yığmanın bütün məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda baş tutacaq və mətbuat üçün açıq olacaq.

13.03.2013
Saat 15:45

14.03.2013
Saat 10:30; 16:15

15.03.2013
Saat 10:30; 16:15

16.03.2013
Saat 10:30

18.03.2013
Saat 10:30; 16:15

19.03.2013
Saat 10:30; 16:15

Xəbər 1009 dəfə oxundu.