Hakan Şükür futbol üçün darıxıb
“Qalatasaray”ın və Türkiyə millisinin əfsanəsi Hakan Şükür futbol üçün darıxıb. Millət vəkili hətta bu gün “Şalke” ilə Çempionlar Liqası oyununda yenidən “sarı-qırmızı” formanı geyinmək istəyir.

Bu barədə veteran futbolçu şəxsi “Twitter” səhifəsində yazıb: “Könül nə vəzifə istər, nə kreslo, könül indi “Şalke” önündə yaşıl meydanda olmaq istər. Oyun praktikamın olmamasına rəğmən ən azından son 10 dəqiqədə oynayıb, “Şalke” önündə mərhələ keçmək ən böyük xoşbəxtlik olardı”.

Xəbər 818 dəfə oxundu.