“Qalatasaray” matçı marağa səbəb olub
Çempionlar Liqasının “Şalke 04″ – “Qalatasaray” matçı dünya miqyasında böyük marağa səbəb olub. Qarşılaşmanı 78 kanal canlı yayımlayacaq.

Ölkəmizdə Az.TV-nin, Türkiyədə “Star”ın yayımlayacağı matçı Avstriya, Belçika, Bolqarıstan, Braziliya, Kanada, Cənubi Kipr, Çexiya, Danimarka, Finlandiya, İsveç, İtaliya, Meksika, ABŞ, Norveç, Fransa, İngiltərə, Rusiya və başqa bir çox ölkələrdə canlı izləyə biləcəklər.

Bundan başqa “Qalatasaray”ın Super Liqa oyunlarını yayımlayan məşhur ESPN kanalı eyni saatda “Barselona” – “Milan” matçı olmasına rəğmən Türkiyə klubunun oyununu proqramına daxil edib.

Xəbər 849 dəfə oxundu.