Fernandesdən inanılmaz fədakarlıq
Trabzon oyununda zədə alan Beşiktaşın məşhur oyunçusu Manuel Fernandes Kasımpaşa oyununda iştirak etmək istədiyini texniki heyətə bildirib.Fernandesin bu fədakarlığı Samet Aybaba və onun heyətini çox sevindirib.

Xatırladaq ki, Fernandes Trabzonspor oyununun ilk dəqiqələrində həkimlərin “oyundan çıx” xəbərdarlığına görə oyunda iştirak edə bilməmişdi.

Qeyd edək ki, həkimlərin baxışından sonra Fernandesin bu oyunda iştirak edib-etməyəcəyi haqda ətraflı məlumat veriləcək.

Aynurə Pənahqızı


Xəbər 985 dəfə oxundu.