Mourinyo komandadan ayrılacaq
“Real”ın baş məşqçisi Joze Mourinyo mövsümün sonundan komandadan ayrılacaq. Bu barədə İspaniyanın “Cadena Ser” radiosu xəbər yayıb.

Radio iddia edir ki, bununla bağlı Mourinyo özü açıqlama verib. Belə ki, rəhbərlik portuqaliyalı mütəxəssisdən yay təlim-məşq toplanışını harda keçirmək istədiyini soruşub. Baş məşqçi isə cavabında “siz planlarınızı özünüz hazırlayın, mən gələn mövsüm burda olmayacağam”, deyib.

Mövsümün əvvəlində bəzi futbolçularla münasibətləri pisləşən, hətta Serxio Ramos və İker Kasilyasla mübahisə edən Mourinyonun yayda komandanı tərk edəcəyi gözlənilirdi. Ancaq “Barselona” üzərindəki qələbələr, “Mançester Yunayted”in Çempionlar Liqasından kənarlaşdırılması portuqaliyanın vəziyyətini bir az yaxşılaşdırmışdı. Buna baxmayaraq, onun komandadan ayrılmaqda israr etməsi rəhbərlik üçün sürpriz qərar olub.

Xəbər 798 dəfə oxundu.