“Karpos Open” şahmat turniri davam edir
Martn 9-da Makedoniyanın Skopye şəhərində start götürən “Karpos Open” beynəlxalq şahmat turniri davam edir. Turnir İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir. 31 ölkədən - 57 beynəlxalq qrossmeyster daxil olmaqla 236 şahmatçı qələbə uğurunda mübarizə aparır. Azərbaycanı bu turnirdə beynəlxalq qrossmeyster Eltac Səfərli təmsil edir.

4 –cü turda Eltac Səfərli Xorvatiyalı qrossmeyster Alojzije Jankoviclə heç-heçə edərək mümkün 4 xaldan 3.5 xal toplayaraq 3-cü yerdədir.
“Karpos Open” beynəlxalq şahmat turniri martın 16-da başa çatacaqdır.

Xəbər 837 dəfə oxundu.