Çempionlar Liqasının daha iki cavab oyunu
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək. “Barselona” doğma “Nou Kamp”da “Milan”ı qəbul edəcək.

İtaliyada baş tutan oyun kataloniyalılar üçün o qədər də uğurlu alınmadı. Evində qələbə qazanan “Milan” növbəti mərhələyə çıxmaq üçün minimal məğlubiyyətlə də kifayətlənə bilər. “Barselona”nı isə ən azı 3:0 hesabı qane edə bilər.

Növbəti oyun isə Almaniyada baş tutacaq. Azərbaycanda daha maraqla izlənən “Qalatasaray” səfərdə “Şalke”nin qonağı olacaq. İlk matçda 1:1 hesabını nəzərə alsaq İstanbul təmsilçiləri ya qələbə, ya da böyük hesablı heç-heçə ilə meydanı tərk etsə, növbəti mərhələyə adlayacaq.

Xəbər 836 dəfə oxundu.