Qaxda rayon birinciliyi keçirilib
Qax rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilən yarışın məqsədi çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq olub.

Yarış 4 növ üzrə keçirilib; 100 m qaçış, turnikdə dartınma, qumbara atma və 2000 m qaçış.

Sonda birinciyə 4 saylı, ikinciyə 2 saylı, üçüncüyə 3 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 954 dəfə oxundu.