“Dənizlispor” növbəti oyununu keçirib
Rail Məlikovla Arif İsayevin çıxış etdiyi “Dənizlispor” növbəti oyununu keçirib. Dənizli klubu PTT 1-ci liqanın XXV turunda Mustafa Dənizlinin başçılıq etdiyi “Çaykur Rizəspor”u qəbul edib.

Oyun “Dənizlispor”un qələbəsi ilə yekunlaşıb – 1:0. Arif İsayev qarşılaşmanın 86-cı dəqiqəsində meydana çıxıb. Uzun müddət cəza və xəstəlik üzündən heyətə düşə bilməyən Rail isə ehtiyatda qalıb.

Qeyd edək ki, “Dənizlispor” 25 oyundan sonra 32 xalla turnir cədvəlinin 11-ci pilləsini tutur.

Xəbər 868 dəfə oxundu.