Mingəçevirdə basketbo üzrə görüş keçirilib
“5 mart Bədən tərbiyəsi və İdman günü” nə həsr olunmuş tədbirlər planına uyğun olaraq məktəblilərin yığma komandası və veteranlar arasında basketbol növü üzrə görüş keçirilib.

Mingəçevir şəhər 10 saylı orta məktəbin idman zalında 32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi bədən tərbiyəsi gününün qeyd olunması, basketbol idman növünə marağın artırılması gənc, perspektivli idmançıların üzə çıxarılması və veteran basketbolçuların ustalıq səviyyələrindən gənc idmançıların bəhrələnmələri olub.
Sonda qaliblər mükafatlandırılıblar.

Xəbər 832 dəfə oxundu.