“RABİTƏ” “Dördlərin FİNALı”nda!
Azərbaycan çempionu “Azərreyl”in qisasını aldı

Bu gün İstanbulda qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının “Dördlər finalı” başlayıb. İdman.com.az saytı xəbər verir ki, həlledici mərhələdə ilk olaraq oyuna Azərbaycan təmsilçisi “Rabitə” çıxıb.

Bu raunda qədər məğlubiyyət nə olduğunu bilməyən ölkə çempionumuz,
İtaliya “A” seriyasının qalibi “Yamamay”la matçda da qələbə seriyasını davam etdirib. Bununla, həm də digər Bakı klubu - “Azərreyl”in 1/3 finaldakı yenilgisinin əzəvini çıxıb.

“Dördlər finalı”, İstanbul
9 mart, 1/2 final

“Rabitə” (Azərbaycan) – “Yamamay” (İtaliya) - 3:2 (25:14, 25:16, 27:29, 19:25, 15:6)

Xəbər 976 dəfə oxundu.