Droqba ilə Dani riskə atılmayacaqlar
«Şalke-04»-ə qarşı Çempionlar Liqası matçına hazırlaşan və bu ərəfədə ölkə çempionatında «Gənclərbirliyi» ilə oyunu olan «Qalatasaray» Superliqada ən yaxın rəqibi «Beşikdaş»dan 5 xal öndə olduğundan əsas hədəfi olan qitə yarışına heyəti qorumaq üçün daxili yarışdakı matç üçün heyətdə bəzi dəyişikliklər edəcək.

İdman.com.az saytı xəbər verir ki, «Gənclərbirliyi» ilə «Türk Telekom Arena»da qarşılaşacaq «Qalatasaray»ın baş məşqçisi Fateh Terim həftə içi «Şalke-04» ilə oynanacaq cavab matçını düşünərək, yüngül zədələri olan Didye Droqba və Danini riskə atmayacaq.

Komandanın həftə içi etdiyi məşqlərin bir qisiminə qatılmayan və son məşqdə də komandadan ayrı çalışan Droqbanı «Gənclərbirliyi» ilə matçda ehtiyat skamyada tutacaq Terim hücum xəttini Burak Yılmaz və Ümit Buluddan təşkil edəcək. Müdafiədə də Daniyə istirahət verəcək mütəxəssis paytaxt nümayəndəsi qarşısında yenə Gökhan Zana forma verməyi planlaşdırır.

Xəbər 1251 dəfə oxundu.