«Qalatasaray» fanatlarının etiraz hazırlığı
«Qalatasaray» rəhbərliyi ilə komandanın fanatları arasında «bilet» gərginliyi yaşanır. Çempionlar Liqasında Almaniyada oynanacaq «Şalke» ilə matç üçün İstanbul klubuna ayrılan 2.500 biletin əsasən loja sahibləri üçün satışa çıxarılması və sponsor şirkətlərə verilməsi «Qalatasaray» fanatlarını özündən çıxarıb.

Almaniyaya gedərək komandalarını dəstəkləmək istəyən, ancaq stadiona girmək üçün bilet tapa bilməyən və bu biletlərin rəhbərliyin sponsorların yaxın ətrafına paylandığı iddiası olan türk fanatların «Qalatasaray» rəhbərliyinə qarşı sərt etirazları hər saat artmaqdadır.

İdman.com.az saytı xəbər verir ki, «Türk Telekom Arena»da oynanacaq «Gənclərbirliyi» matçından əvvəl rəhbərliyə etiraz etməyə hazırlaşan azarkeşlər, bu etirazları matçın müəyyən hissələrində də davam etdirəcəklər. «Qalatasaray» üçün satışa çıxarılan biletlər 25-44 avro arasında dəyişən qiymətlərlə bazara təqdim edilmişdi.

Xəbər 938 dəfə oxundu.