1/4 finalçılar müəyyənləşdi
Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab görüşləri keçirilib. İdman.com.az saytı xəbər verir ki, yarımfinalçılar Lənkəranda və paytaxtda baş tutmuş 4 matçdan sonra müəyyənləşiblər.

Baş şəhər derbisində “Bakı” səfərdə daha çox qol vurdugudan, mərhələ adlayıb - 2:2. Paytaxtın eyniadlı təmsilçisinin yarımfinaldakı rəqibi “Xəzər Lənkəran” olacaq. Cənublular ilk oyunda olduğu kimi yenə “Rəvan”ı məğlub ediblər. Bu dəfə hesab daha böyük olub – 4:1.

Ölkə çempionu “Neftçi” yarımfinala əlavə vaxtda vəsiqə qazanıb. “Simurq”la 2 qarşılaşmadakı 180 dəqiqədə rəqibinin müqavimətini qıra bilməyən “ağ-qaralar”, yalnız əlavə vaxtın son dəqiqəsində fərqlənib.
Bayraqdarın yarımfinaldakı rəqibi isə günün son matçında müəyyənləşib. “Qarabağ” öz meydanında “Qəbələ” ilə qolsuz heç-heçə edib. Ağdamlılar da “Bakı” kimi səfər qolu hesabına mərhələ keçib.

Azərbaycan kuboku. 1/4 final
Cavab görüşləri, 7 mart

“Qarabağ” – “Qəbələ” - 0:0
İlk oyun - 1:1

“Neftçi” – “Simurq” - 1:0
Qol: Flavinyu, 120
Qırmızı vərəqə: Mario Bojiç, 71 (ikinci sarı vərəqə)
İlk oyun - 0:0

“Xəzər Lənkəran” – “Rəvan” - 4:1
Qol: Ağabala Ramazanov, 8; 84; 90; Lusiano Olgin, 30 - Miloş Adamoviç, 70
Qırmızı vərəqə: Nikolay Orlovksiy, 84
İlk oyun - 2:1

“İnter” – “Bakı” - 2:2
Qol: Baçana Sxadadze 42; 60 - Aleksandar Şoliç, 32; Şəhriyar Əliyev, 78
İlk oyun - 1:1

Xəbər 876 dəfə oxundu.