Joze Mourinyo Kriştian Ronaldoya tərif yağdırıb
“Real”ın baş məşqçisi Joze Mourinyo komandasının ulduz futbolçusu Kriştian Ronaldoya tərif yağdırıb. Portuqaliyalı mütəxəssis Ronaldonun uğurlarında komandanın böyük rolu olduğunu bildirib:
“Biz uduzduğumuz matçlardan sonra Ronaldonu günahkar bilmədik. Qələbə qazananda da onu göylərə qaldırmadıq. O, komanda yoldaşları olmasa heç nə edə bilməz. Amma komandamız da Ronaldo olmasa indiki nəticələri qazana bilməzdi”.

Qeyd edək ki, Kriştian Ronaldo bu mövsüm forma geydiyi 41 matçda 40 qola imza atıb.

Xəbər 1022 dəfə oxundu.