"Simurq" itkilərlə hazırlaşır
Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"nin qonağı olacaq "Simurq" qarşılaşmanın oynanılacağı "Bakcell Arena"da son məşqinə çıxıb. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra Georgi Çixradzenin yetirmələri qısa ötürmələr və taktiki tapşırıqları yerinə yetirib. Bundan sonra ikitərəfli futbol oynanılıb. Sonda isə fərdi olaraq bəzi futbolçular qapıya zərbələr üzərində çalışıb.

"Kəpəz"lə matçdan sonra paytaxt təmsilçisi ilə görüşə hazırlıqları Bakıda davam etdirən Zaqatala təmsilçisinin heyətində Rasim Ramaldanov zədə səbəbindən, Nicat Qurbanov və Eyyub Əliyev isə icarə müqaviləsinin şərtlərinə görə bu görüşdə forma geyinə bilməyəcək.

Qeyd edək ki, "Neftçi"-"Simurq" oyununu Əliyar Ağayev idarə edəcək.

Xəbər 884 dəfə oxundu.