Qaradağ rayonunda yarışlar keçirilib
Martın 4-də Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun idman bazalarında “5 mart bədən tərbiyəsi və idman günü” münasibətilə futbol, basketbol, stolüstü tennis, şahmat, atletika üzrə yarışlar keçirilib. Yarışlarda 500-ə yaxın idmançı iştirak edib.

Futbol üzrə yarışda “Qaradağ” komandası birinci yerə layiq görülüb

Basketbol üzrə yarışlarda birinciyə 139, ikinciyə 106, üçüncüyə 288 saylı tam orta məktəbin komandası layiq görülüb.

Stolüstü tennis üzrə yarışda birinci yerə 273 saylı tam orta məktəbin komandası layiq görülüb.

Atletika üzrə 17-18 yaşlı gənclər arasında birinciyə Ramil Şamilov, ikinciyə Anar Əliyev üçüncüyə Ceyhun Eyyubov layiq görülüblər.

13-14 yaşlı yeniyetmələr (oğlanlar) arasında birinciyə Rəsul Yaqubəyev, ikinciyə Camal Səfərov, üçüncüyə İlkin Quliyev layiq görülüblər.

10-12 yaşlı yeniyetmə qızlar arasında birinciyə Gülər Hənifəyeva, ikinciyə Rəna Quluzadə, üçüncüyə Şərəf Hüseynova layiq görülüblər.

10-12 yeniyetmə oğlanlar arasında birinciyə Elvin Əmirov, ikinciyə Rəvan Əmirov, Emin Qurbanov üçüncü yerə layiq görülüblər.

Şahmat üzrə 9-10 yaşlı yeniyetmələr arasında birinciyə Rəvan Abdullayev, ikinciyə İzzət Quliyev, üçüncü yerə Cahan Tarverdiyeva layiq görülüblər.

7-8 yaşlı uşaqlar arasında birinciyə Fatimə Məmmədova, ikinciyə SəfərRəhimli, üçüncüyə Ruslan Dostuzadə layiq görülüblər.

Xəbər 3712 dəfə oxundu.