Zərdabda rayon birinciliyi keçirilib
4-5 mart Zərdab şəhərində 5 mart “Bədən tərbiyəsi və idman günü” münasibətilə yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri Qəsəbə mədəniyyət evinin zalında 55 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi 5 mart “Bədən tərbiyəsi və idman günü” qeyd etmək və rayonda idmanın taekvondo növünü inkişaf etdirmək olub.

Sonda oğlanlar arasında Fərid Salmanov (30kq), Sabir Babayev(40kq), Elnur Babayev (55 kq), Zeynal Məmmədli (75kq), Əlzamin İsmayılov (80 kq), qızlar arasında Qubadlı Səmra (78 kq), Babayeva Fidan (45 kq) müvafiq olaraq ilk yerlərə layiq görülüblər.

Xəbər 1006 dəfə oxundu.